ABŞ-nin ən qədim və ən nüfuzlu qəzetlərindən biri olan Ceff Bezosa məxsus “Washington Post”, işçi qüvvəsinin üçdə birini ixtisar edəcəyini açıqlayıb.
Gundelik.az xəbər verir ki, “The Washington Post” qəzetinin baş redaktoru Mett Murrey qəzetin işçiləri arasında kütləvi ixtisarların başladığını elan edib.
Ötən gün elan edilən qərar, qəzetin idman, yerli və xarici xəbərlər şöbələrində genişmiqyaslı ixtisarları əhatə edəcək. Məlumata görə, Qahirə bürosunun rəhbəri bütün Yaxın Şərq üzrə redaksiya heyətinin işdən çıxarıldığını elan edib. Bundan əlavə, Ukraynada müharibə zonasında işləyən müxbir də ixtisar edilib. Qeyd edək ki, “Washington Post”un maliyyə çətinlikləri və abunəçi itkiləri 2024-cü ildə keçirilən prezident seçkilərində heç bir namizədi dəstəkləməmək qərarına gəldikdən sonra sürətlənib. Belə ki, on minlərlə oxucu abunəliklərini ləğv edib.

