İsveçin avtomobil istehsalçısı “Volvo Cars” tələbin azalması və ticarət gərginliyi səbəbindən xərcləri 1,87 milyard dollar azaltmağı planlaşdırır.
Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunur ki, antiböhran tədbirləri iş yerlərinin kütləvi ixtisarına səbəb olacaq.
“Volvo Cars” avtomobil sənayesinə ağırlıq yaradan tələbin azalması və ticarət gərginliyi ilə mübarizə aparmaq üçün 1,87 milyard dollarlıq xərclərin azaldılması proqramına başlayır”, – nəşr bildirib.
Əlavə edilib ki, İsveç şirkəti 2025 və 2026-cı illər üçün əlavə maliyyə təlimatı təqdim etməmək qərarına gəlib.
Bundan əvvəl Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” itkilərlə mübarizə çərçivəsində Almaniyadakı ən azı üç fabrikini bağlamağı planlaşdırdığını açıqlamışdı.
Almaniyanın soyuducu və paltaryuyan maşın istehsalçısı “Bosch” da iqtisadi böhranla əlaqədar Almaniyadakı iki fabrikini bağlamaq qərarına gəlib.
Gundelik.az
