Gundelik.az Dünya Maraqlı Victoria’s Secret dəfiləsinə seçilməyən Romee Strijd etiraz etdi: “Bir daha iştirak etməyəcəyəm”
Maraqlı Xəbərlər

Victoria’s Secret dəfiləsinə seçilməyən Romee Strijd etiraz etdi: “Bir daha iştirak etməyəcəyəm”

Victoria’s Secret brendinin keçmiş “mələklərindən” olan Romee Strijd aylarla hazırlaşdığı 2026-cı il dəfiləsinə seçilmədiyini açıqlayıb. Həftələrlə qeyri-müəyyənlik içində gözlədiyini bildirən model ona qarşı münasibətdən narazılığını ifadə edib və gələcəkdə yenidən seçimlərə qatılmağı düşünmədiyini deyib.

Gundelik.az “Haberler”ə istinadən xəbər verir ki, məşhur model yaşadıqlarını “TikTok” hesabında yayımladığı iki videoda danışıb.

Aylarla məşq etdiyini bildirən Strijd seçimlərdən sonra beş həftə ərzində nəticəni gözlədiyini qeyd edib.

Beş həftə cavab gözləyib

İki uşaq anası olan model dəfiləyə hazırlaşmaqla ailəsinə vaxt ayırmağın onun üçün çətin olduğunu bildirib. Seçilib-seçilmədiyini bilmədən məşqlərini davam etdirdiyini deyən Strijd bu prosesə çoxlu vaxt və enerji sərf etdiyini vurğulayıb.

Meneceri ilə söhbətindən sonra mənfi cavab aldığını öyrəndiyini açıqlayan model rədd edilməyin peşəsinin bir hissəsi olduğunu və bunu başa düşdüyünü deyib.

“Mənə qarşı münasibəti bəyənmədim”

Açıqlama verərkən bəzən göz yaşlarını saxlaya bilməyən Strijd agentliyindən kifayət qədər dəstək görmədiyini də bildirib.

“Gələcəkdə yenidən seçimlərə qatılacağımı düşünmürəm, çünki prosesin necə aparılmasını gördüm və bəyənmədim. Mənə qarşı münasibəti də bəyənmədim”, – deyə model narazılığını ifadə edib.

Nuri
Gundelik.az

Exit mobile version