Gundelik.az Hadisə İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri 8 il müddətə azadlıqdan məhrum edilib
Hadisə Xəbərlər

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri 8 il müddətə azadlıqdan məhrum edilib

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov 8 il müddətə azadlıqdan məhrum olunub.

Gundelik.az report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Həmçinin iclasda bildirilib ki, təqsirləndirlən şəxs cinayət işi üzrə dəymiş ziyanı tam ödəyib.

Xatırladaq ki, S. Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

S.Səmədov cinayət işi üzrə dəymiş ziyanı tam ödəyib.

Qeyd edək ki, o, 2025-ci ilin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad olunub.

Exit mobile version