Gundelik.az Mədəniyyət və cəmiyyət Xalq artisti reanimasiyaya yerləşdirildi
Mədəniyyət və cəmiyyət Xəbərlər

Xalq artisti reanimasiyaya yerləşdirildi

Xalq artisti Zaur Rzayev reanimasiyaya yerləşdirilib.

Bu barədə Gundelik.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

“1952-ci il təvəllüdlü sənətçi Z.Rzayev Mərkəzi Neftçilər Xəstəxanasındadır.

O, oktyabrın 14-də saat 21:30 radələrində xəstəxananın Qəbul şöbəsinə hospitalizasiya edilib. Pasiyentə qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları qoyulub.

Hazırda onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir”,- deyə qurumdan bildirilib.

Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də də xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulmuşdu. Sonradan evə buraxılan sənətçinin ailəsi müalicəsinin ev şəraitində davam etdiyini açıqlamışdı.

Exit mobile version