Gundelik.az Dünya Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1450-yə çatıb
Dünya Hadisə Xəbərlər

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1450-yə çatıb

24 iyunda Venesuelada baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı 1450 nəfərə çatıb.

Bu barədə Gundelik.az “Reutersə istinadən xəbər verir.

Məlumata görə, zəlzələ nəticəsində 3150 nəfər yaralanıb.

Xilasetmə qrupları dağıntılar altından sağ qalanları çıxarmağa davam edir.

Bildirilib ki, xarici xilasedicilər əsasən zəlzələlərdən ən çox zərər çəkən La Guaira əyalətində yerləşdirilib. Onlarla bina uçub.

Qeyd edilib ki, məktəblər daha bir həftə dərsləri bərpa etməyəcək.

Ölkə hökuməti yüzlərlə insanın itkin düşdüyünü və ya dağıntılar altında qaldığını, lakin itkin düşmüş insanların qeydiyyatını aparan ölkənin siyasi müxalifəti ilə əlaqəli bir veb sayt təxminən 50 min nəfərin itkin düşdüyünü bildirib.

Əlavə edək ki, Venesuelada son 100 ildə baş verən ən güclü zəlzələlər arasında 39 saniyə ərzində baş verən 7,2 və 7,5 bal gücündə zəlzələlər olub.

Exit mobile version