Rusiyada vətəndaşlığı olmayan şəxslərə silahlı qüvvələrdə və hərbi birləşmələrdə hərbi xidmət üçün müqavilə bağlamaq hüququ veriləcək.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasına qanun layihəsi təqdim edilib.
Təşəbbüs “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavələr, habelə altı əlaqəli federal qanuna müvafiq düzəlişləri özündə ehtiva edir.
Beləliklə, təkliflərə görə, Rusiya ordusunda ruslarla yanaşı, xarici vətəndaşlar da xidmət edə bilərlər.
Gundelik.az

