Gələn həftə Moskvanın Butırski Rayon Məhkəməsi erməni əsilli Mixail Xaçaturyana ağır bədən xəsarətləri yetirmək və qızlarına qarşı cinsi zorakılıq ittihamı ilə bağlı hökm çıxaracaq.
Gundelik.az TASS-a istinadən xəbər verir ki, bu barədə zərərçəkənlərdən birinin vəkili Aleksey Parşin bildirib.
Məhkəmə iclası aprelin 21-i Moskva vaxtı ilə saat 12:00-da olacaq.
Apreldə məhkəmə Xaçaturyanın qızlarına qarşı zorakılıqda təqsirli bilinməsini və cinayət işinin bağlanmasını istəyib. Son iclasda onun təqsiri sübuta yetirilərsə, bacıların hərəkətləri zəruri müdafiə sayıla bilər.
Qeyd edək ki, səs-küylü qətl 2018-ci il iyulun 27-də Moskvada törədilib.
Müstəntiqlərin fikrincə, üç bacı – Krestina, Ancelina və Mariya (hadisə baş verən zaman onlar müvafiq olaraq 19, 18 və 17 yaşlarında olublar) Altufevskoe şossesindəki mənzillərində atalarını bıçaqlayaraq öldürüblər.
Müayinə zamanı məlum olub ki, qızlardan ən kiçiyinin atasının qətli zamanı onun hərəkətlərindən xəbəri olmayıb. Yaşlı bacıların müayinə nəticəsində ağlı başında olduğu müəyyən edilib.
Xaçaturyan bacılarının müdafiəsi zəruri özünümüdafiədə israr etsə də, Rusiya İstintaq Komitəsi onları qabaqcadan sui-qəsdlə qətl törətməkdə ittiham edir. Qızların sözlərinə görə, atalarının sistematik olaraq onlara qarşı cinsi və psixoloji zorakılıq tətbiq etməsi onları bu addımı atmağa sövq edib.
2021-ci ilin avqustunda təkrar ekspertiza ata tərəfindən zorakılıq faktını təsdiqləyib. Sentyabrda növbəti müayinədən sonra Xaçaturyanın pedofillik meylləri də üzə çıxıb.
Gundelik.az

