İyul 8, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Ukraynanın “Su-27” təyyarəsi vuruldu

Rusiya Aerokosmik Qüvvələrinin ekipajları Ukrayna Silahlı Qüvvələrinin “Su-27” təyyarəsini məhv edib.

Gundelik.az bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir.

Bundan əlavə, bildirilib ki, qoşun bölmələri bir neçə ərazidə Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə və texnikasına zərbə vurmağa davam edib.

Xəbərə görə, “Şimal” qrupu Xarkov və Sumı bölgələrində Ukrayna ordusunun hava-desant hücum briqadalarının birləşmələrinə zərbələr endirib.