İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Ukrayna-Rusiya danışıqlarında son vəziyyət necədir

Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirilo Budanov ABŞ-ın vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında keçirilən danışıqların dördüncü hissəsi ilə bağlı bəyənat yayınlayıb. Danışıqların növbəti hissəsi ilə bağlı suala Budanov belə cavab verib: “Düşünürəm ki, bu həftə sonuncu danışıqlıqlar mərhələsi olacaq. Danışıqların asan olmaması sirr deyil, amma biz mütləq irəlləyiş əldə edəcəyik və bütün tərəflərin son qərarlarını verməli olduğu həll edici nöqtəyə yaxınlaşırıq. Müharibəni davam etdirmək, yoxsa sülhə doğru irəliləmək?”

Budanov Rusiyanın danışıqlardakı yanaşmasını “ölçülü, nəzakətli və peşəkar” adlandıraraq əlavə edib: “Onlar tamamilə diplomatik cəhətdən düzgün davranırlar. Eyni zamanda, hamımızın fərqli mövqelərə sahib olduğumuz hər kəsə aydındır.”

Budanov Ukraynanın Prezident Volodimir Zelenski ilə Rusya Prezidenti Vladimir Putin arasında görüşün təşkili üçün “hər şeyi etdiyini” lakin hazırda bunun “çox çətin” olduğunu söylədi. Budanov həmçinin Rusiya ilə Ukrayna arasında növbəti hərbi əsir mübadiləsinin bu həftə baş tuta biləcəyi və hər iki ölkənin hər birinin 157 hərbiəsir qaytardığı əvvəlki mübadilədən daha böyük ola biləcəyini bildirib.

Bu arada, Ukrayna və Rusiya nümayəndə heyətləri əvvəllər 23-24 yanvar və 4-5 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə və 17-18 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində ABŞ-ın vasitəçiliyi ilə birbaşa danışıqlar üçün görüşmüşdülər.

 

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN Türk

Gundelik.az