İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Ukrayna ABŞ ilə yeni hərbi layihələri ELAN ETDİ

Ukrayna və ABŞ hərbi sahədə yeni mühüm layihələr hazırlayır.

Gundelik.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıxal ABŞ-nin Ukraynadakı müvəqqəti işlər vəkili Culi Devis və amerikalı generallarla görüşdən sonra özünün “Telegram” kanalında bildirib.

“Biz yeni mühüm layihələr hazırlayırıq”, – deyə o yazıb.

Şmıxal, həmçinin ABŞ və ölkə prezidenti Donald Trampa Kiyevə fövqəladə dəstək səviyyəsinə və “Patriot” sistemləri və digər uzaqmənzilli silahların çatdırılması barədə açıqlamaya görə təşəkkür edib.

Gundelik.az