Gundelik.az İdman UEFA Avropa Liqası: “Qarabağ” bu gün Bakıda ÇSKA ilə qarşılaşacaq
İdman Xəbərlər

UEFA Avropa Liqası: “Qarabağ” bu gün Bakıda ÇSKA ilə qarşılaşacaq

“Qarabağ” UEFA Avropa Liqasında bu gün növbəti oyununu keçirəcək.

Gundelik.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda turnirin II təsnifat mərhələsinin ilk oyununda, Bakıda Bolqarıstanın ÇSKA (Sofiya) kollektivini qəbul edəcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı italiyalı FIFA referisi Daniele Kiffi idarə edəcək.

Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.

Exit mobile version