İspaniya havanın temperaturunun 47 dərəcəyədək yüksələcəyinin proqnozlaşdırıldığı yay mövsümünün üçüncü isti hava dalğasına hazırlaşır.
İspaniya Dövlət Meteorologiya Agentliyinin (AEMET) yaydığı məlumata görə, Afrikadan gələn isti və quru havanın yaratdığı “istilik qübbəsi” səbəbindən təsir göstərəcək isti hava dalğasının həftə ərzində davam edəcəyi gözlənilir.
Proqnozlara əsasən, ölkənin məşhur turizm mərkəzlərindən olan Malaqada havanın temperaturu 45 dərəcəyə çatacaq. Cənub bölgələrində 44, Kataloniyada isə 42 dərəcə isti müşahidə oluna bilər.
Şiddətli istilərin təsiri ilə ölkədə meşə yanğınları da genişlənib. Bildirilir ki, təkcə bazar ertəsi günü 26 min hektardan çox ərazi yanıb. Bedar yaxınlığında baş verən meşə yanğını nəticəsində isə 13 nəfər həyatını itirib.
Qeyd edək ki, İspaniyada indiyədək qeydə alınmış ən yüksək temperatur 14 avqust 2021-ci ildə Quadalquivir hövzəsində ölçülən 47,6 dərəcə olub.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

