“LANATRUST” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kaöitalını azaldır.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.
MMC-nin kapitalını nə qədər azaltdığı açıqlanmayıb. Lakin hazırda şrkətin nizamnamə kapitalı 20 manat təşkil edir.
Bildirilib ki, kreditorlar tələblərini hüquqi ünvana təqdim edə bilərlər.
Qeyd edək ki, sözügedən şirkət 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Fərhad Mahir oğludur.
Gundelik.az

