İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Türk SİHA-ları “KARAT” ilə yeni bir mərhələ açacaq

Dünyada “oyun dəyişdirici” kimi tanınan Türk SİHA-ları qazandıqları yeni qabiliyyətlərlə bundan sonra da tez-tez gündəmdə olacaq kimi görünür. ASELSAN tərəfindən hazırlanan KARAT da bu sistemlərdən biridir. KIZILELMA platformasına inteqrasiya edilən KARAT yaxın gələcəkdə KAAN milli döyüş təyyarəsində də istifadə olunacaq.

Müasir texnologiyalarda ən vacib məsələlərdən biri qarşı tərəfə görünməməkdir. Bir tərəfdən düşmənə mümkün qədər az görünmək lazımdır, digər tərəfdən isə gizlənməyə çalışan hədəfləri aşkar etmək tələb olunur.

Türk mühəndislərinin hazırladığı KARAT məhz bu ehtiyacı qarşılayır. Sistem ən sadə formada yüksək inkişaf etmiş infraqırmızı axtarış və izləmə sistemi kimi izah oluna bilər.

5-ci nəsil qırıcıları belə aşkar edir

Radarların əsas işi qarşı tərəfdən gələn siqnalları tutmaqdır. KARAT isə heç bir siqnal yaymadan fəaliyyət göstərir. Düşmən təyyarələrinin yaydığı istiliyi uzaq məsafədən aşkar edə bilir. Bu sayədə “görünməz” sayılan 5-ci nəsil döyüş təyyarələrinin belə yerini müəyyən etmək mümkündür.

KARAT yalnız düşmən təyyarələrini tapmaqla kifayətlənmir, eyni zamanda onları yüksək dəqiqliklə izləyə bilir.

KIZILELMA inteqrasiyası niyə vacibdir?

KARAT-ın KAAN-da istifadə olunacağı gözlənilir. Lakin Türkiyə bu kritik texnologiyanı pilotsuz döyüş təyyarəsi olan KIZILELMA-ya da inteqrasiya etməyi bacarıb. Beləliklə, yalnız 5-ci nəsil qırıcı təyyarələrə xas olan imkanlar artıq pilotsuz platformalara da qazandırılıb.

“Görünmədən görmək, fərq edilmədən hədəfə kilidlənmək” prinsipi ilə işləyən KARAT, milli platformaların döyüş meydanında strateji üstünlük əldə etməsində mühüm rol oynayacaq.

Bununla yanaşı, Türk mühəndisləri tərəfindən hazırlanmış yeni sistem və silahların da yaxın gələcəkdə müxtəlif platformalara inteqrasiyası davam edəcək.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az