Gundelik.az Xəbərlər İqtisadiyyat Trampın tarif siyasəti “bumeranq effekti” yaratdı – ABŞ iqtisadiyyatı kiçilir
Dünya İqtisadiyyat Kateqoriya seçilməyən Xəbərlər

Trampın tarif siyasəti “bumeranq effekti” yaratdı – ABŞ iqtisadiyyatı kiçilir

ABŞ iqtisadiyyatı 2025-ci ilin birinci rübündə yüksək xərclərdən yayınmaq istəyən müəssisələr tərəfindən alınan idxal mallarının çoxluğu səbəbindən daralıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Nəşrin müəllifləri əmindirlər ki, bu cür statistika ABŞ Prezidenti Donald Trampın xaotik tarif siyasətinin dağıdıcı xarakterini vurğulayır. İqtisadçılar əvvəllər bu rəqəmin artacağını proqnozlaşdırsalar da, ölkənin ümumi daxili məhsulu (ÜDM) 0,3 faiz azalıb. Bununla belə, mart ayında mal ticarəti kəsiri tarixi ən yüksək həddə çatıb.

“Bundan əlavə, istehlakçı inamı son beş ilin ən aşağı səviyyəsinə yaxınlaşıb və biznes əhval-ruhiyyəsi kəskin şəkildə pisləşib. İnflyasiya artıb və il boyu artımın davam edəcəyi gözlənilir”, – nəşr yazır.

Bundan əvvəl “Gallup” analitikləri müəyyən ediblər ki, ABŞ sakinlərinin əksəriyyəti Trampın həyata keçirdiyi proteksionist ticarət və iqtisadi siyasətin effektivliyinə şübhə edir.

Qeyd olunur ki, amerikalıların 60 faizindən çoxu idxal rüsumlarının artırılmasının mənfi nəticələrinə hazırlaşır.

Gundelik.az

Exit mobile version