Gundelik.az Dünya Trampdan İranla bağlı sərt mesaj: Sanksiyaların ləğvinə qapı bağlandı
Dünya Xəbərlər

Trampdan İranla bağlı sərt mesaj: Sanksiyaların ləğvinə qapı bağlandı

ABŞ Prezidenti Donald Trump İranla bağlı danışıqlarda Tehranın əsas şərt kimi irəli sürdüyü sanksiyaların ləğvi tələbini rədd edib. O bildirib ki, ABŞ üçün əsas prioritet İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır və bu mövzuda heç bir geri addım atılmayacaq.

Trump həmçinin Hürmüz boğazı ilə bağlı sərt mesaj verərək, onun heç bir ölkənin tək nəzarət edə biləcəyi bir ərazi olmadığını vurğulayıb.

Eyni zamanda daxili siyasətə toxunaraq ara seçkilərlə bağlı narahat olmadığını, əsas fokusunun İran məsələsi olduğunu deyib. Bu açıqlama ABŞ-da iqtisadi və siyasi müzakirələri də gücləndirib, xüsusilə enerji qiymətləri və seçki nəticələri ilə bağlı narahatlıqlar artıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version