Gundelik.az Dünya Tramp və Si Cinpinin rəsmi şam yeməyində onlar da iştirak edəcək
Dünya Siyasət Xəbərlər

Tramp və Si Cinpinin rəsmi şam yeməyində onlar da iştirak edəcək

ABŞ-nin “NVidia” və “OpenAI” şirkətlərinin rəhbərləri Censen Huanq və Sem Altman ABŞ Prezidenti Donald Trampın Çin Xalq Respublikasının Sədri Si Cinpinlə rəsmi şam yeməyində iştirak etməyi planlaşdırırlar.

Gundelik.az xəbər verir ki, bu barədə “ABC News” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, tədbirdə həmçinin “Apple” şirkətinin direktorlar şurasının sədri Tim Kukun da iştirak edəcəyi gözlənilir.

Şam yeməyinin Çin liderinin ABŞ-yə ehtimal olunan səfəri çərçivəsində Ağ Evdə keçirilməsi nəzərdə tutulur.

Bundan əvvəl Tramp bildirmişdi ki, Si Cinpinin ABŞ-yə səfəri zamanı onunla bir çox müsbət və “məhsuldar” mövzuları müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, may ayında Donald Trampın Çinə rəsmi səfəri baş tutmuşdu. Amerika liderinin sözlərinə görə, bu səfər “inanılmaz” keçib. Səfər müddətində tərəflər bir çox iqtisadi razılaşmalar əldə edə biliblər. Bununla belə, Çin tərəfinin reaksiyası daha təmkinli olub.

Exit mobile version