ABŞ və İsrailin 28 fevralda İrana hücumları ilə başlayan Yaxın Şərqdəki gərginlik hələ də davam edir. İsrailin Livana hücumları ilə Təl-Əviv və Tehran arasında gərginlik artsa da, ABŞ helikopterinin vurulması ABŞ prezidenti Trampın sərt açıqlamalarına səbəb oldu.
Tramp yeni bir açıqlama verdi: “Biz Xarq Adasını ələ keçirəcəyik”.
ABŞ Prezidenti Donald Tramp özünün Truth Social hesabında paylaşım edərək bu açıqlamanı verib:
ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək. Tezliklə Xarq adasını və digər neft infrastruktur sahələrini ələ keçirərək neft və qaz bazarlarına tam nəzarəti ələ keçirəcəyik. Venesuelada etdiyimiz kimi, bu, həm Venesuela, həm də ABŞ üçün son dərəcə uğurlu nəticələr verdi.
İranın reaksiyası tez oldu.
Tehran administrasiyası Trampın təhdidlərinə “Bu yeri sizin üçün cəhənnəmə çevirəcəyik. Bu, ABŞ-ın bölgədəki təcavüzünə cavabdır” deyərək cavab verdi.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad:GZT
Gundelik.az
