Gundelik.az Dünya Tramp İranın ABŞ-ın müharibəyə son qoymaq təklifinə cavabını “tamamilə qəbuledilməz” adlandırıb
Dünya Xəbərlər

Tramp İranın ABŞ-ın müharibəyə son qoymaq təklifinə cavabını “tamamilə qəbuledilməz” adlandırıb

İranın yarı-rəsmi Tasnim xəbər agentliyi bildirib ki, vasitəçi kimi çıxış edən Pakisdan vasitəsi ilə göndərilən Tehranın təklifi bütün cəbhələrdə müharibəni dərhal dayandırılmasını, ABŞ-ın İran limanlarına qarşı dəniz blokadasının dayandırılmasını və İrana qarşı daha çox hücum edilməməsinə zəmanət verilməsini əhatə edir.

ABŞ və İsrail tərəfindən fevral ayında başladılan müharibəyə son qoymaq üçün danışıqları asanlaşdırmaq məqsədilə atəşkəs elan edilib,ara-sıra atəş açılmasına baxmayaraq, əsasən buna əməl olunub.

Bu həftənin əvvəlində Tramp İrandaki müharibənin “tezliklə bitəcəyini” təkrarlayıb. Lakin İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İrana qarşı müharibənin bitmiş hesab edilməsindən əvvəl İranın zənginləşdirilmiş uran ehtiyayı “çıxarılmalıdır”.

İran dövlət mediasının məlumatına görə, Tehranın təklicfinə müharibə ziyanına görə kompensasiyə tələbi və Hörmüz boğazı üzərində İranın suverenliyinə vurğu daxildir.

Bazarr günü İran prezidenti Məsud Pezeşkian Tehranın təklifini birbaşa istinad etməsə də, dedi: “Biz vaxt düşmən qarşısında baş əyməyəcəyik, dialoq və ya danışılacaqsa bu təslim olmaq və ya geri çəkilmək demək deyil.”

Tramp Truth Social-da yazıb: “Mən indicə İranın sözdə “Nümayəndələri”nin cavabını oxudum. Mənə bu xoş gəlmir- TAMAMİLƏ QƏBUL EDİLMƏZ.”

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: BBC

Gundelik.az

Exit mobile version