İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Tramp İrana silah tədarük edən ölkələrə 50% rüsum tətbiq etməklə hədələyib

ABŞ prezidenti Donald Tramp 8 apreldən etibarən İrana silah tədarük edən ölkələrə 50% rüsum tətbiq etməklə hədələyib.

Gundelik.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social”da yazıb.

“İrana hərbi silah tədarük edən istənilən ölkə bu gündən etibarən ABŞ-yə satılan bütün mallara görə dərhal əlavə 50% tarif ödəyəcək. Heç bir istisna və ya güzəşt olmayacaq”, – deyə o yazıb.