Avqust 24, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Tramp İrana qarşı iqtisadi müharibə elan edib

ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı iqtisadi müharibəyə başlayacağını açıqlayıb. Tramp bildirib ki, bu, indiyədək hər hansı ölkəyə qarşı tətbiq edilən “ən sarsıdıcı iqtisadi əməliyyat” olacaq.

Tramp sosial media paylaşımında İranın ABŞ-la razılaşma əldə etmək imkanından istifadə etmədiyini deyib. Onun sözlərinə görə, İran donanması məhv edilib, hava qüvvələri sıradan çıxarılıb, hərbi zavodları dağıdılıb, milli valyutası isə dəyərsizləşib.

ABŞ Prezidenti həmçinin İranı dəstəkləyən ölkələrə qarşı da ciddi iqtisadi tədbirlər görüləcəyini açıqlayıb. O, İranla neft qaçaqmalçılığı, pul köçürmələri, valyuta mübadiləsi, gəmi reyestrləri və saxta şirkətlər vasitəsilə əlaqələrin dərhal dayandırılmasını tələb edib.

Tramp müttəfiqləri İrana qarşı ABŞ-ın yanında olmağa çağıraraq, yeni tədbirlərin İranın dünyada terror yaymaq imkanlarını zəiflədəcəyini bildirib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az