ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Ukraynada davam edən münaqişənin həllində mühüm rol oynaya biləcəyini bildirib.
Gundelik.az-ın məlumatına görə, Tramp jurnalistlərin sualına cavabında qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ərdoğana hörmətlə yanaşır:
“Ərdoğan bunu edə bilər. Rusiya ona hörmət edir. Ukrayna barədə dəqiq deyə bilmərəm, amma Putin ona hörmət edir. O, mənim dostumdur”, – deyə Tramp vurğulayıb.
Bundan əlavə, Amerika lideri cümə günü Ukrayna prezidenti Vladimir Zelenskini Ağ Evdə qəbul edəcəyini də açıqlayıb.
Gundelik.az
