İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Tramp Fars körfəzinin adını dəyişmək istəyir

ABŞ Prezidenti Donald Tramp ölkədə dil normasında dəyişiklik ediləcəyini elan etmək istəyib və Fars körfəzinin adının ərəbcəyə dəyişdirilməsini təklif edib.

Gundelik.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qeyd olunur ki, Amerika lideri qərarını Səudiyyə Ərəbistanına səfəri zamanı təqdim etməyi planlaşdırır. Toponimin adının dəyişdirilməsi təşəbbüsü ərəb dövlətlərinin özləri tərəfindən də dəstəklənib.

Bundan əvvəl ABŞ yanvarın sonunda Meksika körfəzinin adını rəsmi olaraq Amerika Körfəzi adlandırmışdı. Körfəzin adının dəyişdirilməsini Amerika Prezidenti Donald Tramp inaqurasiya mərasimi zamanı bəyan edib.

Gundelik.az