İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Tramp: Ər-Riyaddakı səfirliyə hücuma cavab çox yaxında veriləcək

Meyer bildirib ki, Tramp hücuma hansı cavabın veriləcəyi ilə bağlı suala “bunu çox yaxında öyrənəcəksiniz” cavabını verib.

Müxbir Meyer həmçinin qeyd edib ki, Tramp günün əvvəlində ABŞ quru qoşunlarının bölgəyə yerləşdirilməsi ehtimalından çəkinmədiyini bildirib.

Meyer əlavə edib ki, Tramp İranla mümkün müharibə zamanı quru qoşunlarının istifadəsinin zəruri olacağını düşünmədiyini də dilə gətirib.

İsrail və ABŞ, Tehran və Vaşinqton rəhbərlikləri arasında danışıqlar davam etdiyi bir vaxtda 28 fevral tarixində İrana hərbi hücuma başlayıb.

İran isə İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla bəzi region ölkələrində müəyyən etdiyi hədəflərə zərbələr endirməklə cavab verib.

ABŞ–İsrail hücumları nəticəsində İran lideri Ayətullah Əli Xamenei və bir çox yüksək vəzifəli şəxs həlak olub.

İran Qızıl Aypara Cəmiyyəti ölkəyə yönəlmiş bombardmanlar nəticəsində 555 nəfərin həyatını itirdiyini, 747 nəfərin isə yaralandığını açıqlayıb.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az