İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Tramp Davosda iştirak etmək üçün üç saat gecikəcək

ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda (WEF) iştirak etmək üçün Davosa təxminən üç saat gec gedəcək.

Gundelik.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent Davosda keçirilən mətbuat konfransında bildirib.

“Düşünürəm ki, Prezident Tramp təxminən üç saat gecikəcək. Onun yenilənmiş cədvəlini görməmişəm”, – deyə maliyyə naziri qeyd edib.

Qeyd edək ki, daha əvvəl Amerika liderini daşıyan təyyarə nasazlıq səbəbindən Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasına eniş etdikdən sonra Sürixə yola düşüb. Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Tramp daha kiçik bir təyyarəyə köçürülüb.