İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Tramp ABŞ-nin idxal rüsumlarının 10-70% tətbiq edəcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, cümə günü onun administrasiyası ticarət tərəfdaşlarına avqustun 1-dən etibarən ABŞ-yə göndərilən mallara görə ödəməli olacaqları rüsumların məbləği barədə bildirişlər göndərməyə başlayacaq.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bəzi hallarda tariflər 60-70%, digərlərində 10-20% olacaq.

“Düşünürəm ki, doqquzuncu aya qədər biz hər şeyi etmiş olacağıq”, – “Bloomberg” Trampın sözlərindən sitat gətirir.

Tramp aprelin əvvəlində daha yüksək idxal tariflərini elan edib. Lakin sonra ticarət müqavilələrini müzakirə etmək üçün tədbiri 90 gün təxirə salıb. Müddət iyulun 9-da başa çatır və prezident bundan əvvəl onun uzadılmayacağına işarə etmişdi. O vaxtdan bəri Birləşmiş Ştatlar yalnız üç ticarət müqaviləsi bağlaya bildi: Vyetnam, Çin və Böyük Britaniya ilə çərçivə sazişləri.

Birləşmiş Ştatlar Aİ, Yaponiya, Hindistan və Cənubi Koreya da daxil olmaqla bir sıra əsas tərəfdaşlarla ticarət sazişləri üzrə danışıqları davam etdirir.

Daha əvvəl Tramp Yaponiya ilə danışıqlarda irəliləyişdən narazılığını bildirərək, ölkənin ABŞ-yə çatdırılan mallara 30-35% rüsum ödəyəcəyini təklif edib. Maliyyə naziri Skot Bessent ABŞ-njn Hindistanla razılaşmaya yaxın olduğunu, lakin Yaponiya və Cənubi Koreya ilə aparılan danışıqlarda son həftələrdə çox az irəliləyiş əldə olunduğunu bildirib.

Gundelik.az