Prezident Donald Tramp ABŞ-ın silah-sursat çatışmazlığı ilə üzləşdiyinə dair iddiaları təkzib edib.
Gundelik.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.
“Qorxaqlar və xainlər ABŞ-ın sursat qıtlığından əziyyət çəkdiyini deməyi sevirlər. Bu, düzgün deyil. Bizim təsəvvür etdiyimizdən daha çox sursatımız var və biz onların miqdarını misli görünməmiş səviyyələrə qədər artırırıq”, – Tramp qeyd edib.
