Ötən gün tikinti işləri aparılarkən şəxsi evinə xeyli ziyan dəymiş və səhhətində problem yaşanmış Bakı şəhər sakini sosial şəbəkələrin və paytaxtın gündəm məsələsinə çevrildi. Fərqli yanaşmalar yaşandı. Gundelik.az olaraq məsələyə aydınlıq gətirdik. Müsahibimiz Hüquqi–Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərovdur.
Fariz müəllim, ötən gün baş vermiş məlum hadisə barədə nə deyə bilərsiniz? Ümumiyyətlə illərdir bu kimi hallar yaşanır, sakinlər isə narazılıq edir. Əsaslı səbəb nələrdir?
– Son illərdə Bakı şəhərində bir çox köhnə binalar və ya fərdi yaşayış məntəqələri sökülür. Onların yerlərində ya parklar, ya yeni yollar, ya da hündürmərtəbəli binalar tikilir.Tikinti şirkətləri evləri sökülməli olan sakinlərin narazılığı ilə üz-üzə qalır. Buna əsas səbəb isə təzminatın azlığı və ya verilməsindəki anlaşılmazlıqlardır.Azərbaycan Respublikası Konstitusiyasına əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Vətəndaşlar mülkiyyət hüquqları pozulduğu halalrda məhkəməyə mürqciət etmək hüququna malikdirlər”. Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra icra vərəqəsi qarşı tərəfə təqdim olunmalıdır. Həmin Qərardan sonra söküntü işləri birbaşa məhkəmə icraçıları ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin rəhbərliyi altında həyata keçirməlidir.
Ətraflı məlumat üçün Fariz Əkbərova təşəkkür edirik.
Gundelik.az
#hüquq #FarizƏkbərov #köhnə binalar #hündürmərtəbəli binalar #Mülki Məcəllə #DövlətŞəhərsalma #ArxitekturaKomitəsi

