İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Texasda daşqınlar nəticəsində ölənlərin sayı 119-a çatdı

ABŞ-nin Texas ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 119-a çatıb.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Səlahiyyətlilər sözügedən daşqınlarda həyatını itirənlərin sayının 119-a yüksəldiyini və axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Səlahiyyətlilər daşqınlarda ən çox ölənlərin 36-sı uşaq olmaqla 95 nəfərin həyatını itirdiyi Kerr bölgəsində baş verdiyinə dair məlumatları paylaşıb.

Belə ki, ABŞ-nin cənubundakı Texas ştatında iyulun 4-də başlayan qəfil leysan yağışları nəticəsində Kerr bölgəsindəki Quadalupe çayı daşaraq daşqınlara səbəb olub.

Texas qubernatoru Gregg Abbott X hesabındakı paylaşımında dağıdıcı daşqınlarla mübarizə üçün bütün resursları səfərbər etdiklərini, yerli rəsmilər isə fəlakət bölgəsində 50 minə yaxın insanın olduğunu və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp Kerr dairəsini daşqın səbəbindən fəlakət bölgəsi elan edib.

Gundelik.az