Gundelik.az Xəbərlər “Tesla” Çində Amerika istehsalı olan elektrik avtomobilləri üçün sifariş qəbulunu dayandırır
Xəbərlər

“Tesla” Çində Amerika istehsalı olan elektrik avtomobilləri üçün sifariş qəbulunu dayandırır

Amerikanın “Tesla” şirkəti Çində “Model S” sedanları və “Model X” yolsuzluq avtomobilləri üçün sifariş qəbulunu dayandırıb.

Bu barədə Gundelik.az xarici mətbuata istinadən xəbər verir.

Eyni zamanda bildirilib ki, şirkət ağ rəngli “Model S” daxil olmaqla mövcud səhmləri 759,9 min yuana (103,8 min dollar) satmaq qərarına gəlib.

Qeyd edək ki, Çin cümə günü bütün ABŞ mallarına tarifləri 84%-dən 125%-ə qaldıracağını açıqlayıb.

Daha öncə Amerika mediası Ağ Evə istinadla, Amerikanın Çindən gələn mallara tariflərinin 145%-ə çatdırılacağını bildirmişdi.

Gundelik.az

Exit mobile version