Oktyabr 14, 2026
Baku
Dünya Xəbərlər

Televiziya ulduzunun oğlundan ağır iddia: “2 il zirzəmidə kilidli saxlanıldım”

“Jon & Kate Plus 8” realiti-şousu ilə tanınan Kollin Qosselin yeni kitabında anası Keytin onu uşaqlıq dövründə iki il ərzində kilidli zirzəmi otağında saxladığını və kameralar vasitəsilə izlədiyini iddia edib.

Gundelik.az Türkiyə mətbuatıan istinadən xəbər verir ki, 22 yaşlı Qosselinin sözlərinə görə, o, bacı-qardaşlarının qaldığı hissədən ayrılaraq zirzəminin təmir olunmamış bölümünə yerləşdirilib.

O, yeməklərini də ailənin digər uşaqlarından ayrı yediyini bildirib.

Anası daha əvvəl açıqlama vermişdi

Keyt Qosselin 2023-cü ildə evdə tətbiq edilən məhdudiyyətlərin oğlunun mütəxəssislərinin tövsiyəsi əsasında həyata keçirildiyini bildirmişdi.

Keyt Qosselin yeni kitabda irəli sürülən iddialarla bağlı hələlik açıqlama verməyib.

Nuri
Gundelik.az