Kanadada yaşayan Ancelina və Edvard Lado səkkiz il ərzində ikinci dəfə lotereyada böyük məbləğdə pul qazanaraq uğurlarının sirrini açıqlayıblar.
Gundelik.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Cütlük 4 dollara (336 rubl) aldıqları lotereya bileti ilə 675 min dollar (57 milyon rubl) məbləğində cekpot qazanıb.
“Gözlərimə inana bilmirdim”, – deyə Ancelina hisslərini bölüşüb.
Məlum olub ki, bu, cütlüyün ilk böyük lotereya qələbəsi deyil. 2018-ci ildə Ancelina və Edvard 2,5 milyon dollar (indiki məzənnə ilə 210 milyon rubl) qazanıblar. Həmin məbləğ Kanadanın Nyufaundlend və Labrador əyalətləri üçün rekord uduş olub.
O zaman Edvard qazandığı pulları anasını axtarmağa sərf edəcəyini bildirib. O, körpəlikdən anasını görməsə də, onun Uqandadakı qaçqın düşərgələrindən birində ola biləcəyini bilirdi. Edvardın istəyini həyata keçirib-keçirmədiyi barədə məlumat verilmir.
Kişinin sözlərinə görə, uğurlarının sirri olduqca sadədir: udana qədər oynamaq. Hələlik ər-arvad yeni qazandıqları pulu nəyə xərcləyəcəklərinə qərar verməyiblər.
“Tələsmək istəmirik. Tələsməmək daha yaxşıdır – zamanla hər şey öz yerini tapacaq”, – deyə Edvard bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın Cənubi Karolina ştatının sakininin lotereyada ardıcıl 50 dəfə udduğu barədə məlumat yayılmışdı.
“Özümü şanslı hiss etdim”, – deyə həmin şəxs etiraf edib.
Nuri
Gundelik.az
