İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

“Telegram”ın təsisçisinin sərvəti iki dəfə azaldı

“Telegram” messencerinin həmtəsisçisi Pavel Durovun sərvəti ötən il iki dəfə azalaraq 6,6 milyard dollara düşüb.

Gundelik.az xəbər verir ki, bu barədə “Forbes” jurnalının məlumatında deyilir.

Qeyd edilib ki, Durov ilk dəfə “Forbes” siyahısına 2016-cı ildə daxil olub. O zaman onun sərvəti “Rusiyanın ən varlı 200 iş adamı” reytinqində 600 milyon dollar olaraq qiymətləndirilib. 2018-ci ildə isə o, milyarder olub və o vaxtdan bəri qlobal siyahıda daimi yer tutur.