Moskvanın Taqanski məhkəməsi “Telegram” messencerini və “Likeme” sosial şəbəkəsini Rusiya qanunlarına dəfələrlə əməl etməməkdə təqsirli bilib.
Gundelik.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti bildirir ki, “Telegram”a 7 milyon rubl, “Likeme”yə isə 3,5 milyon rubl cərimə şəklində inzibati cəza verilib.
Şirkətlər Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.50-ci maddəsinin 2-ci hissəsi və 3-cü hissəsi (sosial şəbəkənin sahibi tərəfindən monitorinq və qadağan olunmuş məlumatlara çıxışı məhdudlaşdırmaq üçün tədbirlər görmək öhdəliyini dəfələrlə yerinə yetirməməsi) ilə təqsirli bilinib.
“Telegram” Rusiya Federasiyasında müxtəlif pozuntulara, o cümlədən qadağan olunmuş məzmunun silinməməsinə görə dəfələrlə cərimələnib.
“Likeme” sosial şəbəkəsi 2022-ci ildə cərimələnib. Həmin vaxt şirkət Rusiya Federasiyasında şəxsi məlumatların saxlanması öhdəliyini yerinə yetirməməkdə təqsirli bilinib. Cərimənin məbləği 1,5 milyon rubl təşkil edib.
Gundelik.az
