İyul 8, 2026
Baku
Aktual Hüquq

“Bir masa, iki ürək, bir həll” – Aqil Əsgərov mediasiyanın ruhunu anlatdı

Peşəkar Mediator  Aqil Əsgərov  mediasiya ilə bağlı cəmiyyətdə mövcud olan yanlış təsəvvürlərə aydınlıq gətirib. Onun sözlərinə görə, bəzi insanlar mediasiyanı “sadəcə formal mərhələ” və ya “məhkəməyə aparan yol” kimi dəyərləndirirlər. Lakin  Əsgərov vurğulayıb ki, mediasiya müstəqil və nəticəverici mexanizmdir. O bildirib ki, maarifləndirici tədbirlər, təlimlər və nümunəvi sazişlər vasitəsilə insanlar getdikcə anlayırlar: mediasiya mübahisələrin həm ən sürətli, həm də ən ədalətli həll yoludur.

Gundelik.az