İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“Telegram” milyonlarla kanal və qrupu bloklayıb

“Telegram” 2025-ci ildə onun siyasətini pozan 44 milyondan çox kanal və qrupu bloklayıb.

Gundelik.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Qeyd edilib ki, bu göstərici 2024-cü illə müqayisədə 2,7 dəfə çoxdur.

Ümumilikdə 44,085 milyon kanal və qrup bloklanıb. Ən çox bloklama sayı ötən ilin dördüncü rübündə (17,416 milyon) baş verib.