İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Tehran nüvə obyektlərini bərpa edərsə, ABŞ İranı yenidən vuracaq – Tramp

Əgər İran nüvə obyektlərini bərpa etsə, yenidən Amerikanın zərbələrinə məruz qalacaq.

Gundelik.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp NATO-nun Haaqa sammiti çərçivəsində deyib.

Belə ki, Tramp ABŞ-njn belə bir ssenaridə İrana zərbə vurub-vurmayacağı sualına “İran yenidən (nüvə obyektləri – ƏGƏR) tikərsə, təbii ki”, – deyə cavab verib.

Tramp bildirib ki, hələlik narahatlığa əsas yoxdur, çünki o, İranın nüvə proqramının onilliklər geri çəkildiyini və obyektləri bərpa etməyin çox çətin olacağını təxmin edir.

Amerika lideri əlavə edib ki, daha sonra İsrail İranın nüvə obyektlərinin məhv edilməsinin miqyası ilə bağlı məlumatları təqdim edəcək.

Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərqdəki vəziyyətlə bağlı yardım təklifini yüksək qiymətləndirdiyini bildirib.

“Mən ona dedim ki, mənə İranla bağlı köməyə ehtiyacım yoxdur, mənə Rusiya ilə (Ukrayna nizamlanması ilə bağlı) kömək lazımdır”, – Tramp jurnalistlərə deyib.

Gundelik.az