İyul 8, 2026
Baku
Hadisə Xəbərlər

Tanınmış iş adamının oğlu saxlanıldı

Beyləqan rayonunda iş adamı Qəhrəman Qəhrəmanovun oğlu Xəyal Qəhrəmanov saxlanılıb.

Gundelik.az xəbər verir ki, bununla bağlı məlumatı milli.az saytı yayıb.

Saytın məlumatına görə, o, rayonda yeniyetməyə qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən şəxslərdən biri olduğu üçün saxlanılıb.

Qeyd edək ki, hadisə nəticəsində ümumilikdə 5 nəfər saxlanılıb və faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Fotoda Qəhraman Qəhramanov