Yeni dövrün çağırışları: evlilik, texnologiya və gender rolları
Müasir dövrdə cəmiyyət sürətlə dəyişir, texnologiya həyatın bütün sahələrinə nüfuz edir, iqtisadi və sosial münasibətlər isə yeni məzmun qazanır. Bu dəyişikliklər insanların düşüncə tərzinə, həyat seçimlərinə, ailə institutuna və sosial münasibətlər sisteminə də birbaşa təsir göstərir. Xüsusilə gənclərin evliliyə münasibəti, qadın və kişinin cəmiyyətdəki rolu, eləcə də rəqəmsal texnologiyaların ünsiyyət mədəniyyətinə təsiri son illərin ən
