Süni intellektlə işləyən mamoqrafiya döş xərçənginin erkən aşkarlanmasına kömək edir
ABŞ-də radioloqlar döş xərçənginin erkən diaqnostikasında süni intellektdən (AI) getdikcə daha çox istifadə edirlər. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, yeni texnologiya sayəsində bəzi hallarda həkimlərin nəzərindən qaçan şübhəli sahələr süni intellekt tərəfindən müəyyən olunur. Hazırda ABŞ-nin bir çox tibb mərkəzlərində mamoqramların təhlilində süni intellekt proqramları tətbiq edilir. Bu proqramlar milyonlarla görüntünü öyrənərək xərçəngli
