Gəlirlərdən 3 faizlik verginin tutulması özü böyük güzəştdir – Nazir
2026-cı ildə dövlət büdcəsinin 57%-i, icmal büdcənin isə 63%-i qeyri-neft gəlirləri hesabına formalaşacaq. Bəzən bu artımı müxtəlif istiqamətə yönəldərək vergilərin artırılması ilə bağlamağa çalışırlar. Bu doğru yanaşma deyil. Gundelik.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin
