İlham Əliyev: Türk dünyası XXI əsrin əsas güclərindən olmalıdır
21-ci əsr beynəlxalq münasibətlər sistemində yeni geosiyasi reallıqların formalaşdığı, siyasi və iqtisadi güc balansının yenidən müəyyənləşdiyi mürəkkəb tarixi mərhələ kimi xarakterizə olunur. Qloballaşma prosesinin sürətlənməsi, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətlərinin strateji əhəmiyyəti, regional inteqrasiyaların güclənməsi və mədəni-sivilizasiya əsaslı əməkdaşlıq modellərinin genişlənməsi müasir dünyanın əsas inkişaf tendensiyalarındandır. Belə bir şəraitdə ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə
