Azərbaycanla Türkmənistan arasında ticarət əməliyyatlarının DİNAMİKASI
Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Türkmənistan arasında ticarət əməliyyatlarının həcmi 154 milyon ABŞ dolları təşkil edib. Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 107,3 milyon ABŞ dolları və ya 41,1% azdır. Hesabat dövründə Türkmənistan ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,57%-i həcmində olub.
