Bu ilin yanvar-iyun aylarında Azərbaycanla İsveçrə arasında ticarət əməliyyatlarının həcmi 377,2 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 275,4 milyon ABŞ dolları və ya 3,7 dəfə çoxdur.
Hesabat dövründə İsveçrə ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,55%-i həcmində olub.
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan İsveçrəyə 205,3 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 143,6 milyon ABŞ dolları və ya 3,3 dəfə çoxdur.Eyni zamanda, 2025-ci ilin yanvar-iyun aylarında İsveçrədən Azərbaycana 171,9 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 131,8 milyon ABŞ dolları və ya 4,3 dəfə
artım deməkdir.
Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan İsveçrəyə 151,5 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 89,8 milyon ABŞ dolları və ya 2,4 dəfə çoxdur.
Hesabat dövründə İsveçrəyə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 8,64% paya sahib olub. Bununla da İsveçrə Azərbaycanda ən çox qeyri-neft məhsulları alan ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.
Gundelik.az
