ADSEA xarici şirkətdən 1,3 milyon manatlıq texnikalar alır
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Regional Su Meliorasiya Xidməti özüboşaldan yük maşınları alır. Gundelik.az-ın əldə etdiyi məlumata görə, sözügedən nəqliyyat vasitələrinin sayı 6 ədəddir. Belə ki, artıq bununla bağlı Regional Su Meliorasiya Xidməti müvafiq işləri yekunlaşdırıb. Qurum sözügedən nəqliyyat vasitələrinin satın alınması ilə bağlı “İntertek Makina Anonim Şirketi”nin Azərbaycandakı filialı ilə müqavilə bağlayıb. Müqaviləyə
