Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Regional Su Meliorasiya Xidməti özüboşaldan yük maşınları alır.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, sözügedən nəqliyyat vasitələrinin sayı 6 ədəddir.
Belə ki, artıq bununla bağlı Regional Su Meliorasiya Xidməti müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən nəqliyyat vasitələrinin satın alınması ilə bağlı “İntertek Makina Anonim Şirketi”nin Azərbaycandakı filialı ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 1 316 172 manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu şirkət 2021-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Şirkətin Azərbaycandakı filialının qanuni təmsilçisi Bilek Huseyin adlı şəxsdir.
Gundelik.az
