Prezident təqaüdünün məbləği artırıldı
Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb. Gundelik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla həmin məbləğ sentyabrın 1-dən 350 manat müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl Prezident təqaüdünün məbləği 275 manat təşkil edib. Gundelik.az
