Trampın müşaviri Maskı Hindistan təbliğatına görə tənqid edib
ABŞ Prezidenti Donald Trampın ticarət məsələləri üzrə baş müşaviri Piter Navarro milyarder İlon Maskı sosial media platformasında Hindistandan yayılan Rusiyayönlü təbliğata şərait yaratmaqda ittiham edib. Gundelik.az xəbər verir ki, bu barədə Navarro şəxsi hesabında paylaşım edib. İttihamlara səbəb Navarro tərəfindən X sosial şəbəkəsində Hindistanın Rusiya nefti almasına dair tənqid yazılarına istifadəçilər tərəfindən əlavə edilən “kontekst”
