Paşinyanın xilası regional əməkdaşlığa yaşıl işıq yandırmasından keçir – ŞƏRH
Azərbaycanla sülh sazişinin imzalanmasını gələn ilə saxlamaq Ermənistanın Baş naziri Nikol Paşinyan üçün risklidir. Ona qarşı 3 qüvvə – radikal müxalifət, kilsə və bir qrup iş adamı birləşib. Gundelik.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb. O bildirib ki, bu 3 qüvvənin arxasında Kreml dayanır: “Moskva Ermənistanda gələn il parlament seçkisinə qədər
